Dilimizə tərcümə olunana qədər bu kitab və yazarı haqqında nə eşitmişdim, nə
də oxumuşdum. Tərcüməçinin də tanış olması məndə kitaba maraq oyatdı desəm,
yanılmaram. Marquez`in dilimizə tərcümə olunmuş "Yüz İllik Tənhalıq"
əsərini iki il əvvəldən necə yarım qoymuşamsa, hələ də üzünü aça bilmirəm. Və
"Tozdan soruş" ilə ana dilimizdə yenidən oxumaq tilsimini
sındıracaqdım. Bəli, bəli, Bradley Cooperin The Words filmində Central Park`da skamyada oxuduğu kitab!!! Bəli, bəli, Dj Dodger Stadium' un bu il çıxardığı Friend of Mine albomunun ilham mənbəyi olan kitab!!! Bir daha bəli, "Arturo Bandini Sagası"na daxil olan və 1939-cu ildə nəşr edilən John Fantenin avtobioqrafik əsəri!!!
Öz dilimdə kitab oxumağa hazırlıq olaraq, hətta Natella Osmanlının dilimizə tərcümə edilmiş "Xartut" hekayələr kitabını oxudum və inşAllah növbəti kitab da belə deyil deyə içimi yeməyə başladım. Keçən bazar kitabı əlimə alarkən ilk dəfə idi ki, karandaşa ehtiyac duydum. Tanıyanlar bilir, heç sevmədiyim şeylərdən biri kitabda nələrsə yazaraq işarələməkdir, o ifadələrin və ya cümlələrin altından çəkilən xətlər mənə həddindən artıq kobud gəlir, heç qəbul edə bilmirəm. Amma bu dəfə karandaşla oxuyacaqdım, axı kitabı Vurğun tərcümə edib :)))
Yəqin ki, kitabı oxuyanlar kitaba önsözün Charles Bukowski tərəfindən yazıldığını, onun yaradıcılığına Fantenin təsirini və Johnu öz "Allah"ı adlandırdığını bilir. Kitabın adının da Knut Hamsunun "Pan" əsərinin məhz aşağıdakı hissəsindən götürüldüyünü unutmayaq. Fante Hamsunsevər idi.
"The other one he loved like a slave, like a crazed and like a beggar. Why? Ask the dust on the road and the falling leaves, ask the mysterious God of life; for no one knows such things. She gave him nothing, no nothing did she give him and yet he thanked her. She said: Give me your peace and your reason! And he was only sorry she did not ask for his life."
Onu da deyim ki, Knut Hamsunun "Aclıq" əsərini yenicə oxuyub bitirmişdim və Arturo Bandininin də özünü tanıtmaqda olan və maddi cəhətdən çətinlik çəkən yazıçı olduğunu oxuyanda "Aclıq"ın təəssüratları içimdə yenidən oyanmağa başladı. Amma vəziyyət o qədər də acınacaqlı olmadı, ən azından Arturo Bandini paltosunun düymələrini satmaq məcburiyyətində deyildi. O, iki qısa hekayəsi nəşr edilmiş, təsadüfən tanış olduğu və zəlzələdə həyatını itirən Vera Rivkenin hekayəsini roman halına salaraq məşhurlaşmaq yolunda irəliləyən biri idi.
Bandinin bəxtinin gətirmədiyi yeganə məsələ sevgidir. Sevdiyi Camilla Lopez işlədiyi barın barmeni Sammy`ni sevir və hekayələr yazaraq yazıçı olmaq arzusunda olan Sammy`yə kömək etmək üçün Bandinidən istifadə edir. Bandini də eşqə düşmüş axmaqdır axı, Camillanın hər istədiyini həyata keçirir. Dənizkənarındakı evi Camilla səssiz-sədasız tərk edərkən əsəbimdən "Yaxşı oldu sənə, Bandini!!!" deməyi də özümə borc bildim. Çünki gec olsa da artıq öyrəndim ki, sənə dəyər verməyənlər üçün özünü şəhid etmək sadəcə ağılsızlıqdır. Bandini ağılsız deyildi, sadəcə sevirdi və ümidi var idi.
5 illik karyeram ərzində indiyə qədər elə bir kitab olmamışdı ki, işdə oxuyum, "Tozdan soruş"u necə tez bitirmək istəyirdimsə, işdə oxudum bitirdim, ürəyim dözmədi 2006-cı ildə Tom Cruise`nin prodüsserliyi, Salma Hayek və Colin Farrelin baş rolları paylaşdığı kinosuna da elə işdə baxdım. Kino təbii ki, fərqlənirdi. Kitabdakı Camilladan nə qədər zəhləm gedirdisə, kinodakı Camillanı bir o qədər sevdim. Bandini demək olar ki, kitabdakı qəhrəman ilə eyni idi, Camilla isə daha müsbət obrazda təsvir edilmişdi, sonluq da Camillanın ölməsinə baxmayaraq, son günlərini Bandini ilə birgə keçirir. Kino Camillanın meksikalı olub sonradan amerikalıya çevrilmək istəyini, XX əsr Amerika cəmiyyətində emiqrantların hansı təsirlərə məruz qaldıqlarını daha aydın göstərir. Kitabda bu təsiri görə bilmədim. Salma Hayeki də Camilla obrazında qəbul edə bilmədim. Sanki sadəcə meksikalı olduğu üçün həmin rola çəkmişdilər. Kitabı oxuyanda Camillanı daha "pofigist", arıq, hündür, sarışın bir qız təsəvvür etmişdim.
Tərcümə ilə bağlı qeyd edim ki, gözləmədiyim dərəcədə xoşuma gəldi. Düzdür, redaktora bir-iki söz deyərdim, amma Vurğunda çox yaxşı alınıb. Norveç dilindən tərcümə edilmiş "Aclıq"ı və ingilis dilindən tərcümə edilmiş "Tozdan soruş"u oxuyarkən təqribən eyni hissləri yaşadımsa, demək, tərcüməçinin növbəti işlərini gözləməyə dəyər. Növbəti təqdimata gəlmək borcum var :))
Əsərdə sevdiyim ironik məqamlardan biri Arturonun ateist ola-ola Allaha dua etməsi idi. Demək ki, insan bu qədər çıxılmaz vəziyyətə düşə bilir.
Sevidiyim cümlə:
- Cəhənnəm donana qədər gözləyəcəm.
Ən sevdiyim cover`lar

Kanadalı Animator Rebecca Dart`ın Arturo Bandini obrazı. |

No comments:
Post a Comment