Bir-iki gündən sonra 90 yaşım tamam olacaq. 90 il. Çox uzun müddətdir ancaq yaşadıqlarımı sadalayanda bu 90 ilin necə də boş keçdiyini etiraf etmək məcburiyyətində qalıram, çətin olsa da. Artıq uzun müddətdi tək yaşayıram, valideynlərimin ikisi də xəstəlikdən vəfat ediblər. evlənməmişəm, daha doğrusu 11 yaşımdan varlıqlarını öyrəndiyim fahişələrdən evlənməyə vaxtım olmayıb. Bircə dəfə evlənməyə cəhd etdim, nişanlanmışdım da hətta. Ximena Ortiz. Ondan mənə ancaq nişanlı vaxtlarımızda bir yerdə hördüyümüz uşaq papışları yadigar qalıb. Daha doğrusu, sadəcə anasının daimi nəzarəti altında keçən bu görüşlərin xatirələri. 50 ildən sonra qarşı-qarşıya gələndə heç məni tanımamışdı da.
Artıq 40 ildir ki, eyni qəzetə məqalə yazmaqla əldə etdiyim və aldığım penisya ilə dolanıram, cəmi bir neçə peso. Bəzən anamdan və atamdan qalma əntik rəsm əsərlərini satmaq məcburiyyətində qalıram, elə həmin zamanlardan birində anamın əntiq boyunbağısındakı bahalı daş-qaşların sadəcə şüşə parçaları olduğunu öyrənmişdim. Satıcı mənə baxıb heç köks belə ötürmədən üzümə demişdi ki, heyrətlənməli heç nə yoxdu, maddi durumları pis olan bütün varlı ailələr bu priyomdan istifadə edirlər, daha bahalı daşları adı şüşələrlə əvəz edərək bahalı daşları satırlar. Əlimdəkiləin heç bir pul etməyəcəyini görüb onları anamdan xatirə kimi saxlamaq qərarına gəldim.
Bu il ad günümə özümə qeyri-adi bir hədiyyə ettim. Bütün həyatı fahişələrlə keçən birinin könlünə bakirə qız düşmüşdü. Çətin olacaqdı, amma qərar verilmişdi. Çox yaxşı tanıdığım Rosa Cabarcas çətin olacaq desə də, cəmi bir saatdan sonra 14 yaşlı bir qızın məni gözləyəcəyini demişti. Amma əvvəlcə nəşriyyata baş çəkməli idim. Ad günü yığıncağı hazırlamışdılar mənə. özümlə yazdığım yazını da gətirmişdim – istefa ərizəsi idi. 90 ilin yaratdığı bir ilhamla yazmışdım. Çox marağa səbəb oldu. Ərizə kimi qəbul edilmək əvəzinə qəzetin növbəti sayında məqalə kimi dərc edildi.
Rosa Cabarcası artıq cox uzun müddət idi ki görmürdüm. Dəyişən sadəcə həyat yoldaşını və oğlunu itirməsi ilə bağlı olan geydiyi qara rəngli geyimlər idi. O da məni tanımışdı. Çox uzatmadan otağa yola saldı məni. Otaqda heç də gözəl olmayan və sakitləşmək üçün verilən məhlulun təsiri ilə hələ də yatan 14 yaşlı çılpaq bir qız yataqda yatmaqda idi. Onu oyatmağa çalışmadım. Sadəcə bədənini öyrənməyə başladım. Səhər saat 5də yuxudan oyandım, necə yatdığımı heç özüm də bilməmişdim. Qız yenə də yatırdı. Düymə tikmə fabrikasında çox yorulurmuş, sakitləşdirici məhlul da təsirini göstəərirdi. Paltarlarımı geyinib sakitcə otaqdan çıxdım.
Dünən ad günümdə mənə Ankara pişiyi bağışlamışdılar. Onu heyvanlar saxlanılan məntəqədən götürməyə getdim. Pişik çox yaşlı idi, elə bil yaşlılığımı daha da qabartmaq üçün hədiyyə etmişdilər bunu mənə. Əlavə olaraq, pişiklərə qayğı göstərməklə bağlı kitabça da aldım, heç vaxt pişiyim olmamışdı. Sakitləşmək üçün yenicə musiqiyə qulaq asırdım ki, qız aglıma gəldi, əslində heç beynimdən çıxmamışdı da. Rosa Cabarcas ilə danışmışdım bu gün də gedəcəydim. Qız yenə yatırdı. Oyatmaq da istəmirdim. Amma bir dəfə gecə oyandı və bir cümlə dedi, və o an anladım ki, mən bu qızı sevirəm amma sadəcə yatarkən. Bütün mahnılarda onu duyurdum, bütün məqalələrim ona ünvanlanmış bir məktub idi. Artıq Rosa Cabarcasın məkanında məskunlaşmışdım. O gecə baş verən qətl hadisəsinə qədər. müştərilərdən birini öldürmüşdülər və məkan bir neçə müddət bağlandı. Nə Rosanın yerini bilirdim, nə də qızın. 3 aydan sonra Rosa özü zəng elədi. Baxamayaraq ki, müstəntiqin onu bu qətl hadisəsinə görə cəzalandırmaması üçün mənim qızımı ona kef çəkmək üçün hədiyyə etməsi haqda şübhələnsəm də, bildirdi ki, elə bir şey yoxdu və qız özü də məni görmək istəyir. O da məni sevirdi. Ancaq onunla yenidən birgə olmama, illər əvvəl mənim də birlikdə olduğum, lakin yaşı keçdikdən sonra bir çinli ilə evvlənən o fahişə ilə söhbətim səbəb oldu. Mənə dedi ki, ne edirsen elə, amma o uşağı buraxma. Dünyada yalnız ölməkdən ən böyük fəlakət yoxdur.
90 yaşına qədər eyş-işrətdən evlənməyə vaxtı qalmamış və daim “Seks, eşqi tapa bilmədiyində əlində qalan bir təsəllidir” deyə təkrar edən mənim kimi bir qoca, heç əsl adını da bilmədiyim, Delgadina adlandırdığım 14 yaşlı bir qızla həyat qurmağa qərar verdim.
Delgadina, Yasunari Kavabatanin “Yuxuda Sevilən Qızlar”ından idi…
Astagelden daha maraqlidir
ReplyDelete