Saturday, November 28, 2015

Haruki Murakami və onun "Sputnik Sweetheart"ı

"Norveç Meşəsi"ndən sonra Harukiden heç nə roman oxumamışdım. Kitabın sonunda Vatanabenin Naoko yerinə Midori ilə sevgili olduğunu görəndən sonra Murakamini beynimdə bitirmişdim. Özümdən asılı deyil, süjet istədiyim kimi davam etmədikdə və ya bitmədikdə, avtomatik olaraq müəllif düşmənimə çevrilir. Ta ki, növbəti əsəri oxuyub, onda da hər hansı yeni hislər keçirənə qədər.

Bir neçə ay əvvəl Ali & Nino-da olan kampaniyalardan biri sayəsində bu kitabı 10 qəpiyə almışdım. Keçən ay oxumağa başladım, arada həvəssiz olsam da, nəhayət bitirdim. Kitab üç nəfər arasında olan münasibətdən bəhs edir: 2 qız və 1 oğlan - Sumire, Miu və K. K Sumireni sevir, Sumire də Miunu. Yes, lesbian love is detected.



Lesbian love-la yanaşı bir oğlanın başqa qızı sevən bir qıza olan sevgi hissini və dostluq münasibətini təsvir etmək Harukidə əla alınıb. Özünün də dediyi kimi, bu əsər normal insanların başına gələn anormal şeylər haqqındadır.

Heterosexual münasibətlər zamanı iki tərəfdən biri digərini sevmədikdə "Dost qalaq?" ya da "Mən səni dost kimi görürəm." və s. kimi vəziyyət meydana gəlir. Bu da iki tərəfdən birinin şüurlu fəaliyyəti nəticəsində olur. Amma bu romanda bu vəziyyəti təbiət özü yaradıb. Sumire Miunu sevdiyinə görə avtomatik olaraq, K ilə dostdur. K-nın da onunla dost olmaqdan başqa çarəsi yoxdur.


Sumirenin Yunanıstanda yoxa çıxması və sonradan Yaponiyada peyda olması (?) əsərin mifik bitməsinə səbəb olur. Haruki daha çox real hadisələri yazan biridir. 1999-cu ildə yazıdığı bu romanda bəlkə də magik ünsürlərdən eksperiment kimi istifadə etmək istəyib. Magik ünsürləri Miunun universitetdə oxuyarkən başına gələn müəmmalı hadisələrdə də görmək olur.

Facebook-da da yazdığım kimi yenə Murakamidən zəhləm gedəcəydi ki, Sumire K-ya zəng elədi. Bəlkə də eləmədi. Əsəri bitirmək oxuyucuya buraxılır. Mən Sumirenin zəng etdiyinə özümü inandırdım, çünki əks halda, disappointed olacaqdım. Olmamağı seçdim. Aşağıdakı cümlənin müəllifi olan K-nı da disappointed edə bilməzdim.

Əsərdəki obrazların klassik musiqiyə olan münasibətləri də maraqlıdır. Harukinin musiqiyə olan sevgisini bilməsəydim, bu mövzunun işlənmə səbəbini bilməzdim. Müsahibələrində qeyd edir ki, heç bir romanı avtobioqrafik deyil, amma belə deməzdim. Onun haqqında oxuyanlar asanlıqla avtobioqrafik detalları əsərlərdə görə bilərlər.

"Sputnik" sözünü də yazar rus dilindəki eyni sözdən götürüb. "Travelling companion" mənasında olan Sputnik. Ayın daim Yer kürəsinin yanında olduğu companion/sputnik mənasından.

Köhnə adətimə sadiq qalaraq, bir neçə cover-ə baxmağınızı istəyirəm :)

















No comments:

Post a Comment